Bakıda Qüds məsələsi ilə bağlı beynəlxalq konfrans işə başlayıb.
Qaziler.az "Report"-a istinadən xəbər verir ki, "Qüds və beynəlxalq ictimaiyyət: Siyasi və iqtisadi dəstəyin göstərilməsi" adlı konfrans BMT-nın Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair Komitəsi, Azərbaycan hökuməti və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən təşkil olunub.
Tədbirdə Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə elçisi Şahin Abdullayev, BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença, BMT-nın Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair Komitənin nümayəndəsi Rafael Dario Ramirez Karenyo, İƏT baş katibinin köməkçisi Samir Bəkr və Fələstin dövlətinin BMT-də nümayəndəsi Riyad Mənsur çıxış edəcəklər.
Daha sonra mətbuat konfransı keçiriləcək, panellər çərçivəsində "Şərqi Qüdsdə işğal altındakı həyat", "Şərqi Qüdsə yeni yanaşma", "Şərqi Qüdsə beynəlxalq və regional dəstək" mövzularında müzakirələri olacaq.
Tədbirlər iyulun 21-də yekun sessiyada çıxışlarla başa çatacaq.