Qondarma Dağlıq Qarabağın “parlamenti” Bako Saakyanı yenidən 3 il müddətinə kvazidövlətin “rəhbəri” seçib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb. Agentlik “səsvermə” zamanı Saakyanın 28, onun rəqibi Eduard Aqabekyanın 4 səs topladığını bildirib.
Qeyd edək ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Ermənilər 1988-1993-cü illərdə Ermənistanın və Rusiyanın aktiv hərbi dəstəyi ilə burada özlərinə qondarma qurum yaradıblar.
Bako Saakyan separatçılara 2007-ci ildən rəhbərlik edir. Qarabağ müharibəsində aktiv iştirak edən Saakyan azərbaycanlılara qarşı təşkil edilən cinayətlərin əsas iştirakçılarından sayılır.