Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri....

Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri.... backend

Azərbaycan 1991-ci ilin oktyabrında müstəqillik əldə etdikdən sonra dünyanın bir çox ölkələri ilə diplomatik münasibətlər qurub. Xüsusən son illərdə ölkənin tanıdılması, erməni diasporuna qarşı informasiya savaşında mübarizə aparmaq və Azərbaycan xarici investisiyalar cəlb etmək üçün xeyli səfirliklər, konsulluqlar və s. diplomatik nümayəndəliklər açılıb.


Bu gün Azərbaycanın dünyanın 69 ölkəsində səfirliyi, 5 ölkədə 9 konsulluğu fəaliyyət göstərir. Paralel olaraq, ölkəmizin bir çox beynəlxalq təşkilatlarda daimi nümayəndəlikləri fəaliyyət göstərir.

Səfirliklər Rusiya, ABŞ, Böyük Britaniya, Yaponiya, Hindistan, Braziliya, Avstraliya, Türkiyə, Əlcəzair, Qazaxıstan, Kanada, Çin və CAR kimi nüfuzlu ölkələri ilə paralel, Kuba, Çili, Vyetnam kimi uzaq və ekzotik ölkələrdə də yerləşir.

Azərbaycanın Türkiyənin İstanbul, Qars, Rusiyanın Sankt-Peterburq, Yekaterinburq, Birləşmiş Ərəb Əmirliklərinin Dubay, Gürcüstanın Batumi, İranın Təbriz, Qazaxıstanın Aktau və ABŞ-ın Los-Anceles şəhərlərində konsulluqları fəaliyyət göstərir.

Bu böyük diplomatik korpus ölkə maraqlarının dünyada təbliğ olunması, Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında önəmli rol oynayır. Azərbaycanlı diplomatlar tez-tez xarici mediada Azərbaycanda baş verən hadisələrlə bağlı məqalələrlə çıxış edir, televiziya verilişlərinə qatılırlar.

Öz növbəsində Azərbaycan isə 51 ölkənin səfirliyi, 8 ölkənin konsulluğu, 3 muxtar respublikanın nümayəndəliyi var. Həmçinin Azərbaycanda Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı, Asiya İnkişaf Bankı. Avropa İnkişaf və Rekonstruksiya Bankı. Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti, BMT və s. beynəlxalq təşkilatların ofisləri mövcuddur.

Vüqar İSMAYILOV

Modern.az
Diaspora