Azərbaycanın XİN başçısı Macarıstana rəsmi səfər edəcək

Azərbaycanın XİN başçısı Macarıstana rəsmi səfər edəcək backend

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gələn həftə Macarıstana rəsmi səfər edəcək.


Qaziler.az "Report"-a istinadən xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski keçirdiyi mətbuat konfransında bildirib.

Səfirin sözlərinə görə, səfər zamanı 5-10 arasında ikitərəfli sənədin imzalanması planlaşdırılır.

İ.Laslotski qeyd edib ki, E.Məmmədyarovun Budapeştə səfəri Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayına planlaşdırılan səfərinə hazırlıq məqsədi daşıyır.
Diaspora