ABŞ kəşfiyyat nümayəndələri Qətər böhranı haqda mühüm iddia ilə çıxış ediblər.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, onlar böhranın yaranmasında rol oynayan Qətər Xəbər Agentliyinin (QNA) saytına və sosial mediadakı hesablarına edilən kiberhücumların BƏƏ tərəfindən həyata keçirildiyini bildiriblər. İddiaya görə, QNA-da böhrana səbəb olan xəbərlər BƏƏ tərəfindən yayımlanıb.
Qeyd edək ki, agentliyin saytında əmirlik və regionun digər dövlətləri arasında qalmaqala səbəb olan xəbərlər yerləşdirilmişdi.