“Hər kəs, hətta ekspertlər də əmindirlər ki, Ermənistandakı İsgəndərlər faktiki olaraq bizim orduya məxsus deyil”.
QAZİLER.AZ axar.az-a istinadən xəbər verir ki, bu sözlər erməni ekspert Sərkis Artsruninin “1in.am” saytında dərc olunan məqaləsində yer alıb.“İsgəndərlər Kalininqradda da yerləşdirilib. Rusiya rəsmilərinin özləri tez-tez Ermənistanı Kalininqradla müqayisə edirlər. Ehtimal böyükdür ki, hər iki ərazidəki İsgəndərlərin atəş əmrini yalnız Putin verə bilər. Təsadüfi deyil ki, Moskva birləşmiş qoşun qruplaşmaları ilə bizim ordu üzərində nəzarəti bərpa edir” – deyə məqalədə bildirilib.