Bakıda keçiriləcək beynəlxalq konfransın proqramı açıqlanıb

Bakıda keçiriləcək beynəlxalq konfransın proqramı açıqlanıb backend

Qüds məsələsi ilə bağlı iyulun 20-21-də Bakıda keçiriləcək beynəlxalq konfransın proqramı açıqlanıb.


"Report" BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair Komitənin saytına istinadən xəbər verir ki, tədbirə Azərbaycanın hökumət nümayəndələri, BMT baş katibinin xüsusi elçisi, İslam Əməkdaşlıq Təşkilatının və Fələstin dövlətinin rəsmiləri qatılacaqlar.

Onlar konfransda nitq söyləyəcəklər.

Bakıya gələcək Fələstin nümayəndə heyətinə bu ölkənin BMT-dəki səfiri Riyad Mənsur başçılıq edəcək.

Konfrans çərçivəsində "Şərqi Qüdsdə işğal altındakı həyat", "Şərqi Qüdsə yeni yanaşma", "Şərqi Qüdsə beynəlxalq və regional dəstək" mövzularında panel müzakirələri keçiriləcək.
Diaspora