Fransa hökuməti ərəb ölkələri tərəfindən tətbiq olunan Qətər əhalisinə aid məhdudiyyətlərin aradan qaldırılmasına çağırıb.
Qaziler.az Report-a istinadla xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Jan-İv Le Drian bəyan edib.“Fransa əhaliyə, xüsusilə də üzvləri müxtəlif ölkələrdən olan və ayrı düşən ailələrə aid tədbirlərin daha tez bir zamanda ləğvinə çağırıb”, - deyə Jan-İv Le Drian bildirib.
O, bu bəyanatla Dohaya səfəri zamanı çıxış edib.
Qeyd olunur ki, Fransanın xarici siyasət idarəsinin rəhbəri iyulun 15-də Səudiyyə Ərəbistanına, iyulun 16-da isə Küveyt və BƏƏ-yə səfər etmək niyyətindədir.