Azərbaycanlı milli-mədəni fəal Beytulla Bərzgər Əhər şəhərinin İnqilab Məhkəməsinə çağırılıb.
Axar.az xəbər verir ki, o, sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmaq məqsədilə müxalif qruplara qatılmaqda ittiham olunur.Beytulla Bərzgər 2014-cü il fevralın 20-də Əhərdə Beynəlxalq Ana Dili Günü münasibəti ilə keçirilən mərasimdə iştirak etdiyinə görə saxlanılıb. Mərasim keçirildiyi zaman təhlükəsizlik qüvvələri məhkəmə hökmü təqdim etmədən silah və gözyaşardıcı qazla mərasimin keçirildiyi evə hücum edib, təxminən 80 fəal saxlanılıb. Mərasimdə tutulan fəalların əksəriyyəti bir neçə gün sonra zəmanətə buraxılıb.