Türkiyədə 15 iyul zamanı şəhid olanların xatirəsi Bakıda anılacaq

Türkiyədə 15 iyul zamanı şəhid olanların xatirəsi Bakıda anılacaq backend

Bakı Yunus Əmrə İnstitutunda “Vətən” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “15 iyul dastanı” adlı tədbir keçiriləcək.


Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, iyulun 13-də keçiriləcək tədbirdə keçən il Türkiyədə çevriliş cəhdi zamanı şəhid olanların xatirəsi anılacaq.

Xatırladaq ki, 2016-cı il iyulun 15-də FETÖ terror qruplaşması Türkiyənin Ankara və İstanbul şəhərlərində eyni vaxtda çevriliş etməyə çalışıb. Xalq və milli iradənin gücü həmin gecədə şanlı qələbə qazanaraq Türkiyənin adını tarixə yazıb. Bakı Yunus Əmrə İnstitutunda təşkil ediləcək tədbirin əsas iştirakçıları Azərbaycanda yaşayan axıska türkləri olacaq.
Diaspora