Artıq 4 ildir ki, fəaliyyəti dayanan Ukrayna Azərbaycanlıları Konqresi (UAK) bərpa olunur.
“Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, UAK-nin regionlar üzrə şöbələri toplanaraq, seçki yığıncağı keçirib, Ukraynanın Ədliyyə Nazirliyinə yenidən qeydiyyat üçün müracitə etmək istəyir.Diasporadan əldə etdiyimiz məlumata görə, Ukrayna Azərbaycanlıları Konqresinin fəaliyyətini bərpa etməsinə Azərbaycan hökuməti də müsbət rəy verib.
Xatırladaq ki, Ukrayna Azərbaycanlıları Konqresi Azərbaycanın ümumilli lideri Heydər Əliyevin tövsiyəsi və dəstəyi ilə 1999-cu ildə dünyada ilk azərbaycanlıların konqresi olaraq yaradılıb.
Konqres uzun zaman uğurlu fəaliyyət göstərib və Ukraynada Azərbaycan diasporunun ən aktiv formaya gəlməsinə səbəb olub. Konqresə ardıcıl olaraq Tələt Əliyev, Oqtay Əfəndiyev, Akif Gülməmmədov və İlqar Abbasov rəhbəlik edib.
2011-ci ildə Ukraynada Azərbaycan diasporu arasında yaranan ziddiyət səbəbindən Konqresin fəaliyyəti 2012-ci ildən faktiki olaraq dayanıb. Növbəti ildə isə Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi saytından UAK-ın adı və ünvanı çıxarılıb. Bundan sonra Ukraynada bir neçə xırda təşkilatlar yaranıb. Bunların arasında hazırda Ukrayna üzrə Kiyevdə yeganə rəsmi ofisi olan və əsas azərbaycanlıların toplaşdığı Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporudur.
Onu da bildirək ki, Füzulinin Alxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən 2 yaşlı Zəhra Quliyevanın və nənəsinin vəhşicəsinə öldürülməsinə bütün dünya diasporu kütləvi halda etiraz etdiyi halda, Ukraynada olduqca zəif etirazın təşkil olunması bu ölkədə yaşayan azərbaycanlıların qınağına səbəb olub. Vaxtı ilə dünyada Azərbaycan diasporu arasında aktivliyi ilə sçilən UAK-ın yerindən yaradılmasını zəruri edib.