Azərbaycanın Müdafiə naziri ABŞ Müdafiə katibinə başsağlığı verib

Azərbaycanın Müdafiə naziri ABŞ Müdafiə katibinə başsağlığı verib backend

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Missisipi ştatının Leflor əyalətində Dəniz Piyadaları Korpusuna məxsus KC-130 təyyarəsinin qəzası nəticəsində çoxlu sayda hərbi qulluqçunun həlak olması ilə bağlı Amerika Birləşmiş Ştatlarının Müdafiə katibi cənab Ceyms Mattisə başsağlığı ünvanlayıb.

Qaziler.az-ın Müdafiə Nazirliyinə istinadən məlumatına görə, başsağlığında bildirilir: “Missisipi ştatının Leflor əyalətində Dəniz Piyadaları Korpusuna məxsus KC-130 təyyarəsinin qəzası nəticəsində çoxlu sayda hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən sarsıtdı.
Biz bu faciəli hadisədən çox kədərlənirik.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin.”
Diaspora