ABŞ administrasiyası Rusiya və İrana qarşı yeni sanksiyaları tam dəstəkləyir.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Evin nümayəndəsi Mark Şort söyləyib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Senatı Rusiya və İrana qarşı yeni sanksiyaları tətbiqi haqqında qərar qəbul edib. Senatın qəbul etdiyi qərar daha sonra Nümayəndələr Palatası və prezidentə göndərilib.
Moskva və Tehran Senatın qərarını kəskin pisləyib.