Cenevrədə Suriya məsələsi üzrə danışıqların növbəti mərhələsi başlayıb

Cenevrədə Suriya məsələsi üzrə danışıqların növbəti mərhələsi başlayıb backend

Suriya hökumətinin ölkənin BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfərinin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura ilə görüşə başlayaraq, Cenevrədə Suriya məsələsi üzrə danışıqların yeddinci mərhələsinə start verib.


"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bir müddət sonra Staffan de Mistura Suriya müxalifəti - Ali Danışıqlar Komitəsi, "Moskva" və "Qahirə platformalarının nümayəndə heyətlərinin rəhbərləri ilə işgüzar nahar edəcək.

Qeyd edək ki, Suriya üzrə danışıqların yeddinci mərhələsi Astanada Suriya üzrə beynəlxalq görüşdən və Hamburqda Rusiya və ABŞ prezidentlərinin ikitərəfli danışıqlarından sonra keçirilir. Əvvəlki görüşlərin nəticəsində Suriyanın cənubunda yerləşən rayonlarda sülh elan olunmasına dair razılıq əldə olunub.
Diaspora