Monqolustanın yeni prezidenti müxalifət yönümlü Demokratik Partiyasının namizədi Xaltmaaqiyn Battulqa olacaq.
Qaziler.az-ın xəbərinə görə, bu barədə iyulun 8-də RİA Novosti nəşri məlumat yayıb.İlkin hesablamalara görə, o, 50,6 faiz səs toplayıb. Battulqa ikinci turda qalib gəlib, birinci turda namizədlərdən heç biri seçicilərin səslərinin yarısını toplaya bilməyib. Bununla da, Battulqa ölkə parlamentinin spikeri və Monqolustan Xalq Partiyasının namizədi Mieqombın Enxboldu qabaqlayıb.
Qeyd edək ki, bu Monqolustanda yeddinci prezident seçkiləridir. Hazırki prezident Çaxiaqiyn Elbeqdorj iki dəfə ardıcıl seçildiyi üçün üçüncü dəfə namizədliyini irəli sürə bilməyib.