Çin də Azərbaycanı dəstəklədi

Çin də Azərbaycanı dəstəklədi backend

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv rol oynamalıdır.

Qaziler.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən AZƏRTAC-ın xüsusi müxbirinin iyulun 4-də cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində iki azərbaycanlı mülki şəxsin qətlə yetirilməsi ilə bağlı sualına cavabında bildiriblər.

Çin XİN-in cavabında deyilir: Sözügedən hadisə barədə məlumatımız var. Ümid edirik ki, hər iki tərəf təmkinli olmaqda davam edəcək, vəziyyəti gərginləşdirən və ya kəskinləşdirən hər hansı hərəkətdən çəkinəcək, münaqişəni danışıqlar və dialoq yolu ilə həll edəcək, regionda sabitliyi birlikdə qoruyub saxlayacaq. Bunun üçün beynəlxalq ictimaiyyət konstruktiv rol oynamalıdır.

Qeyd edək ki, Azərbaycanın Çindəki səfirliyi iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyevanın və onun 2 yaşlı nəvəsi Zəhranın həlak olması barədə Çin Xarici İşlər Nazirliyini məlumatlandırıb. Azərbaycan XİN-in məsələ ilə bağlı bəyanatı Çin tərəfinə təqdim olunub.
Diaspora