Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında baş tutan görüşün yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, iki ölkə liderinin danışıqlarını konstruktiv adlandırıb və qeyd edib ki, bu danışıqlar Putin və Trampın qarşılıqlı faydalı razılaşmaya kökləndiklərini təsdiq edib."Həqiqətən, çox davamlı və konkret görüş idi. Mənə elə gəlir ki, həm Rusiya, həm də Amerika prezidentinin, hər şeydən əvvəl öz ölkələrinin milli maraqları naminə hərəkətli olduqları və onların bu maraqların qarşılıqlı faydalı razılaşma axtarmaqda olduğunu başa düşdükləri öz təsdiqini tapdı", — deyə o bildirib.
Nazirin sözlərinə görə, prezidentlər, xüsusilə Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər, həmçinin iyulun 9-u günortadan etibarən Suriyanın cənub-qərbində yerləşən Deraa, Kuneteyr və Suveyda rayonlarında barışıq elan etməyə hazır olduqlarını bildiriblər.
Lavrov qeyd edib ki, Tramp Putinə Rusiyanın ABŞ-dakı seçkilərə "müdaxiləsi"nin müzakirəsi üzrə kampaniyanın qəribə mahiyyət almağa başladığını bildirib. O, həmçinin qeyd edib ki, prezidentlər yeni səfirlərin təyinatı üzrə prosedurun sürətləndirilməsi barədə şərtləşiblər.
İki ölkə ilderi arasında danışıqlar 2 saatdan çox çəkib.