İsrailin bu qərarı sülh danışıqlarına mane olur - ABŞ

İsrailin bu qərarı sülh danışıqlarına mane olur - ABŞ backend

İsrailin yeni qərarı Fələstinlə sülh danışıqlarına mane olacaq.


Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert deyib.

Noyert İsrailin yeni məskunlaşma yerlərinin inşası ilə bağlı qərarını dəstəkləmədiklərini bildirib.

ABŞ-ın İsrail-Fələstin münaqişəsində sülh istədiyinə diqqət çəkən Noyert, “ABŞ bu məsələnin həllində maraqlıdır”, - deyib.

Qeyd edək ki, İsrailin tabeliyində olan Qüds Bələdiyyəsi İnşaat və Planlaşdırma Komitəsi üç yəhudi məskunlaşma dairəsinin, 800 yeni yaşayış yerinin tikilməsinə qərar verib.
Diaspora