Vaşinqton və Nyu Yorkda Zəhraya görə etiraz aksiyaları keçiriləcək

Vaşinqton və Nyu Yorkda Zəhraya görə etiraz aksiyaları keçiriləcək backend

Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımız iyulun 4-də Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşdirilən Ermənistan Silahlı Qüvvələrinin dinc sakinlərin həlak olması və yaralanması ilə nəticələnən təxribatına etiraz olaraq Vaşinqton və Nyu York şəhərlərində aksiyalar keçirəcək.


Qaziler.az Modern.az-a istinadən xəbər verir ki, ABŞ Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə bu gün Vaşniqtonda, Ermənistanın ABŞ-dakı Səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək. Ermənistan ordusunun hücumunu və günahsız vətəndaşlara qarşı zorakı hərəkətləri pisləyən təşkilat bütün soydaşlarımızı etiraz aksiyasına qoşulmağa çağırıb.

Bu gün həmçinin, Nyu Yorkda, BMT-nin qarşısında da azərbaycanlıların etiraz mitinqi keçiriləcək. Aksiyada Amerika Azərbaycan Nyu York Assosiasiyası, Azərbaycan Qadınlar Assosiasiyası və digər təşkilatların nümayəndələri, eləcə də digər soydaşlarımız iştirak edəcək.

Hər iki aksiyada Ermənistan ordusunun vəhşiliyini göstərən plakat və banerlərdən istifadə olunacaq, Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan dövlətinin təcavüzkarlıq siyasətinə etiraz ifadə edən şüarlar səsləndiriləcək. Aksiya iştirakçıları təcavüzkar Ermənistana qarşı sərt sanksiyaların tətbiqi üçün beynəlxalq təşkilatlara müraciət etməyi planlaşdırırlar.
Diaspora