İran millət vəkilindən Alxanlı açıqlaması: “Təəccüblənirəm”

İran millət vəkilindən Alxanlı açıqlaması: “Təəccüblənirəm” backend

İran Parlamentinin azərbaycanlı millət vəkili Ruhullah Həzrətpur İran rəsmilərinin baş verən son hadisələrlə bağlı sükutunu pisləyib.

Axar.az xəbər verir ki, o, İran XİN-nin iyulun 4-də cəbhənin işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində nənə ilə nəvənin həlak olması hadisəsinə reaksiya verməməsinə təəccübləndiyini qeyd edib:

“Təəccüb edirəm! İran Xarici İşlər Nazirliyi Ali dini rəhbərin açıq şəkildə ortaya qoyduğu mövqeyinə əks olaraq ermənilərin son cinayəti ilə bağlı heç bir münasibət bildirməyib”.
Diaspora