Azərbaycanlı gənc təkbaşına Ermənistan səfirliyinin qarşısında

Azərbaycanlı gənc təkbaşına Ermənistan səfirliyinin qarşısında backend

Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib.

Qaziler.az-ın APA-ya istinadən verdiyi məlumata görə, aksiyanı Azərbaycan diaspor fəalı Səttar Qəmbərov təşkil edib.

O, əlində Azərbaycan bayrağı iyulun 4-də Füzulinin Alxanlı kəndində Ermənistan Silahlı Qüvvələrinin artilleriya atəşi nəticəsində həlak olan iki yaşlı Zəhra Quliyevanın qan içində olan cəsədinin fotolarından ibarət “Uşaq qatilləri” yazılan plakatla Ermənistan səfirliyinin qarşısında təkbaşına etiraz edib.

S.Qəmbərov bu addımı ilə Ermənistanın cinayətkar rəhbərliyinin iç üzünü Rusiya ictimaiyyətinə göstərmək istədiyini bildirib:

“Rusiya əhalisi Ermənistanın uşaq qatili olduğunu bilməlidir. Rusiya televiziyaları, xəbər agentlikləri bu barədə heç nə göstərmir və yazmır. Kütləvi etiraz aksiyası keçirməyə də icazə vermirlər. Ona görə də bu yolla təkbaşına Ermənistan dövlətinə öz etirazımı bildirirəm. Rusiyada yaşayan bütün azərbaycanlı gənclər mənimlə həmfikirdir. Erməni terroruna son qoyulmalıdır. Uşaq qatili olan Ermənistan rəhbərliyi cəzalandırılmalıdır".

S.Qəmbərov aksiya keçirən zaman Ermənistan səfirliyindən heç kim ona yaxınlaşmağa cürət etməyib. Səfirliyin mühafizəsini təşkil edən hərbi geyimli əsgərlər binanın dəmir barmaqları ardından S.Qəmbərovu müşahidə ediblər.

Azərbaycanlı gənc diaspor fəalının etiraz aksiyası ətrafdakı insanların marağına səbəb olub. Paytaxt sakinləri fotodakı körpənin harada və kimlər tərəfindən öldürüldüyü ilə maraqlanıblar.
Diaspora