Novruz Məmmədov ermənilərin öldürdüyü Zəhradan yazdı

Novruz Məmmədov ermənilərin öldürdüyü Zəhradan yazdı backend

"İnsan haqlarının müdafiəsini özlərinin əsas missiyası hesab edən beynəlxalq QHT-lər Alxanlı kəndini atəşə tutaraq uşaq və nənənin vəhşicəsinə qətli ilə bağlı, görəsən, niyə ağızlarını açıb bir söz demirlər, nə səbəbə susurlar? Qəribədir, deyilmi?"

Virtualaz.org-un məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov Facebook səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Hesab edirəm ki, insan haqları məsələsində ədalətli və səmimi olsaydılar, bu sahəyə çox “diqqət yetirən” bir sıra böyük dövlətlərin rəsmiləri də Alxanlıda dinc insanların qətlinə münasibət bildirərdilər. Amma əfsuslar".
Diaspora