“Onlar ölkəyə buraxılmasınlar“

“Onlar ölkəyə buraxılmasınlar“ backend

"Qondarma soyqırımına dəstək verənlərin Azərbaycana gəlib-getməyinə məhdudiyyət qoyulsun”. ANS PRESS-in məlumatına görə, bu təkliflə Milli Məclisin bu günki iclasında deputat Fazil Mustafa çıxış edib.

Deputat AŞPA-da ermənilərin “soyqırımı” ilə bağlı 171 imza toplamasına da diqqət çəkib. O, ermənilərə dəstək verən qüvvələrin mövcudluğunu nəzərə alaraq Xarici İşlər Nazirliyində bununla bağlı bank yaradılmasını təklif edib.

Spiker Oqtay Əsədov isə xatırladıb ki, AŞPA da ermənilər imza toplasa da, hər hansı qərar qəbul olunmayıb.
Diaspora