Azərbaycanlılar ABŞ-da Ermənistan səfirliyinin qarşısında aksiya keçirdi - (VİDEO)

Azərbaycanlılar ABŞ-da Ermənistan səfirliyinin qarşısında aksiya keçirdi - (VİDEO) backend

ABŞ-ın paytaxtı Vaşinqtonda yaşayan iki azərbaycanlı gənc Ermənistan səfirliyi qarşısında Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində həlak olan sakini 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının öldürülməsinə etiraz edib.

Elman Kərimov və Simran Baxışov adlı gənclər Ermənistan hakimiyyətinin ünvanına şüarlar səsləndiriblər. “Erməni vandalizminə son”, “Erməni terrorizminə stop”, “Zəhraya ədalət”, “Xocalıya ədalət”, “Sərkisyan uşaq qatilidir”, “Azərbaycan sivillərini öldürməyi dayandırın” şüarları səsləndirib və əllərində plakatlar açıblar.

Qeyd edək ki, aksiyanı Simran Baxışov öz “Facebook” səhifəsində canlı olaraq yayımlayıb. O bildirib ki, onlar etirazını bildirərkən Ermənistan səfirliyində olan şəxslər onların protestosunu lentə alıb.

S.Baxışov onu da qeyd edib ki, hadisə yerinə polislər gəlib. Polislər münaqişənin olmaması üçün nəzarət edirlər. Gənclər həmin şəhərdə yaşayan digər azərbaycanlıların da etiraza qoşulacağını bildiriblər. Onların etiraz aksiyası hələ də davam edir.

Musavat.com





Diaspora