Almaniyanın sabiq kansleri Helmut Kolla rəsmi ümumavropa vida mərasimi Avropa Parlamentinin Strasburq şəhərindəki binasında keçirilir.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, vida mərasimi Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamentinin təşəbbüsü ilə təşkil olunub. Mərasimdə dünyanın müxtəlif ölkələrindən və təşkilatlarından 40 nümayəndə heyəti iştirak edir.Vida mərasimindən sonra mərhumun cənazəsi Almaniyanın Şpayer şəhərinə aparılacaq. Orada Şpayer İmperiya Kilsəsində yas mərasimi keçiriləcək və bundan sonra kanslerin nəşi şəhər qəbiristanlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, Helmut Kol rekord 16 il müddətində - 1982-1998-ci illərdə AFR-in kansleri postunu tutub, 1990-cı ildə birləşmiş Almaniyanın ilk rəhbəri olub. O, bu il iyunun 16-da 87 yaşında vəfat edib.