BMT-nin Baş Assambleyası iyulun 1-dən başlayacaq yeni maliyyə ili üçün sülhməramlı əməliyyatların büdcəsini təsdiqləyib.
Qaziler.az bu barədə BBC-yə istinadən xəbər verir.Sənəddə deyildiyi kimi bütün dünya üzrə 14 missiyanın həyata keçirilməsinə 7,3 milyard dollar sərf ediləcək. Bu isə keçən ilki büdcənin göstəricilərindən 600 milyon dollar azdır.
BMT-nin əsas donoru olan ABŞ büdcənin ixtisarını alqışlayaraq, daha ciddi qənaətə ümid etdiklərini bildiriblər.
Eyni zamanda BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bəyan edib ki, maliyyələşdirmənin azalmasına baxmayaraq BMT münaqişə zonalarında sülhün bərqərar olması üzrə tapşırıqların müvafiq şəkildə həyata keçirilməsinə çalışacaq.