İsveçin Azərbaycandakı müvəqqəti işlər vəkili Tomas Danestadın diplomatik missiyası başa çatır.
"Report" xəbər verir ki, diplomat iyul ayının sonlarında Azərbaycanı tərk edəcək.
Qeyd edək ki, T.Danestadın Bakıdakı diplomatik missiyası 2014-cü ildə başlayıb.
Xatırladaq ki, T.Danestad Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyin rəhbəri Malena Mardın həyat yoldaşıdır. M.Mardın da Azərbaycandakı missiyası iyul ayının sonlarında başa çatacaq.
Onları əvəz edəcək diplomatların adları hələlik açıqlanmayıb.