ATƏT XİN Şurası Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

ATƏT XİN Şurası Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək backend

ATƏT-in nazirlər səviyyəsində qeyri-rəsmi görüşünün iyulun 11-də Avstriyanın Mauerbax şəhərində keçirilməsi planlaşdırılır.

QAZİLƏR.AZ Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova deyib.

O bildirib ki, görüşdə ATƏT məkanında mövcud münaqişələrin nizamlanması məsələsi müzakirə olunacaq.

M.Zaxarova qeyd edib ki, xarici işlər naziri Serget Lavrov da ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın XİN rəhbəri Sebastian Kurtsun təşəbbüsü ilə keçiriləcək görüşdə iştirak edəcək.
Diaspora