"Avropa münaqişələrin həlli istiqamətində konkret tədbirlər görməlidir".
"Report"un Fransa bürosunun verdiyi məlumata görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Ştefan Şennak qurumun plenar sessiyası zamanı bildirib.
Onun sözlərinə görə, Avropa miqrasiya siyasətini həyata keçirməklə kifayətlənməməlidir.
S.Şennak qaçqınların problemlərinin daha dərin olduğunu deyərək, bu günə qədər münaqişələr nəticəsində minlərlə uşağın yoxa çıxdığını xatırladıb: "Avropa qəbul etdiyi 3 milyon qaçqının məsələsini müzakirə edir, halbuki yer üzündə 27 milyon insan qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bu vəziyyətdən yeganə çıxış yolu münaqişələrin həlli istiqamətində mühüm addımlar atmaqdır".