Ümumrusiya Azərbaycan Konqresinin Rusiya Ali Məhkəməsinin 15 may 2017-ci il tarixli qərarından apelyasiya şikayətinə baxılacağı tarix açıqlanıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyası ÜAK-ın şikayətinə 2017-ci ilin sentyabrın 19-da baxacaq.Qeyd edək ki, ÜAK Rusiya Ali Məhkəməsinin müvafiq qərarından iyunun 15-də apelyasiya şikayəti verib.