"ABŞ Avropada hərbi mövcudluğunu genişləndirib".
APA-nın “Gazeta.ru” saytına istinadən verdiyi məlumata görə, bunu NATO baş katibi Yens Stoltenberq bəyan edib.
O bildirib ki, hazırda ABŞ-ın Avropada iki deyil, üç briqadası var.
“Birləşmiş Ştatların Avropada hərbi mövcudluğunu artırması Vaşinqtonun alyans üzvlərinə yardım etmək prinsiplərinə sadiqliyini göstərir”, - deyə Y. Stoltenberq vurğulayıb.