Qənirə Paşayeva afrikalı millət vəkillərinə köçkün qadınlardan danışdı

Qənirə Paşayeva afrikalı millət vəkillərinə köçkün qadınlardan danışdı backend

Millət vəkili Qənirə Paşayeva Malavinin sabiq prezidenti Joyce Banda başda olmaqla Afrika ölkələri Malavi, Kamerun, Seneqal millət vəkilləri ilə görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.


QAZİLƏR.AZ Moderator.az-a istinadən bildirir ki, Q.Paşayeva onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı soyqırımı ilə bağlı geniş məlumatlar verib. O, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə də məlumatlar verib.

Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığın, dostluğun inkişafına önəm verdiyini deyən millət vəkili Q.Paşayeva onlara ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb və fikir mübadiləsi olub. Ölkələrimizin qadın fəalları arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşlərin sonunda millət vəkili Q.Paşayeva Malavi, Kamerun, Seneqal millət vəkillərinə Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib
Diaspora