İyunun 26-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası öz işinə başlayıb.
Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat yay sessiyasında iştirak edir.Sessiya müddətində Büronun və daimi komitənin inkişaf məruzəsi, Moldovanın Baş nazirinin və Avropa Şurası baş katibi Torbyon Yaqlandın, Monteneqronun Baş nazirinin çıxışları dinləniləcək.
AŞPA-nın hesabatlılıq prinsipinin tanınması və həyata keçirilməsi ilə bağlı debatlar keçiriləcək.
Çexiya Respublikasının xarici işlər naziri ilə fikir mübadiləsi aparılacaq, Belorusiyada vəzziyyətlə bağlı debat keçiriləcək. Avropada miqrasiya və qaşqın böhranı ilə bağlı məruzələr dinlənicləcək və müzakirələr aparılacaq.
Cari müzakirələr çərçivəsində Türkiyənin təklif etdiyi “Avropada terrorizmə qarşı birgə mübarizə” mövzusunun müzakirələrin keçirilməsi gözlənilir.
Azərbaycan nümayəndə heyətinin üzvləri AŞPA komitələrinin və siyasi qruplarının işində də iştirak edəcəklər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq