"ATƏT-in Minsk qrupunun həməsdrlərinin bəyanatında, həmçinin Rusiyanın mövqeyi və regionda baş verən son hadisələrin qiymətləndirilməsi əks olunub".
QAZİLƏR.AZ "Report"-a istinadən xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi daim Rusiya XİN-in diqqət mərkəzindədir.
Bu yaxınlarda baş tutan Rusiya və Fransa xarici işlər nazirlərinin - Sergey Lavrov və Jan-İv le Drianın görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilib-edilməməsi sualına cavab olaraq, Rusiya XİN-in rəsmi nümayəndəsi bu məsələnin ətraflı müzakirə olunmadığını bildirib.