Azərbaycan prezidenti Fransanın sabiq baş nazirini qəbul edib

Azərbaycan prezidenti Fransanın sabiq baş nazirini qəbul edib backend

Azərbaycan prezidenti İlham Əliyev Fransanın sabiq baş naziri, “Villepin International” şirkətinin prezidenti Dominik dö Vilpeni qəbul edib.


APA-nın məlumatına görə, Dominik de Vilpen Prezident İlham Əliyevlə son görüşünü xatırlayaraq qeyd edib ki, bu görüşdən bir ildən artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycanda bütün sahələrdə inkişaf daha da sürətlənib və ölkədə baş verən dəyişikliklər, sabitlik göz qabağındadır.

O, eyni zamanda, Bakıda keçiriləcək Formula-1 yarışlarının çox böyük maraq doğurduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü və ölkənin inkişafı ilə bağlı genişmiqyaslı işlərin həyata keçirildiyini deyib.

Görüşdə Azərbaycan prezidenti ilə Fransa sabiq baş naziri Dominik de Vilpen arasında bundan əvvəl keçirilən görüşlər zamanı səmərəli və məhsuldar müzakirələrin aparıldığı məmnunluqla qeyd edilib, Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, energetika, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı və əməkdaşlığımızın bundan sonra da möhkəmləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirib.
Diaspora