Kiyev ABŞ-dan fantastik dəstək alır.
Axar.az xəbər verir ki, bunu ABŞ-da jurnalistlərə açıqlamasında Ukrayna Prezidenti Pyotr Poroşenko söyləyib.
“Donald Trampın Rusiya Prezidenti Vladimir Putindən öncə bizimlə görüşməsi xüsusi əhəmiyyət daşıyır. Bu, Kiyevə informasiya ilə silahlanmağa imkan verəcək”, – deyə o bildirib.
Qeyd edək ki, Poroşenko hazırda ABŞ-da səfərdədir. Onun Prezident Trampla görüşü və müzakirə edəcəyi məsələlər maraqla izlənilir.