ABŞ-da 198 milyon seçicinin məlumatları internetdə yayıldı

ABŞ-da 198 milyon seçicinin məlumatları internetdə yayıldı backend

ABŞ-da “Deep Root Analytics” şirkəti yanlışlıqla 198 milyon seçicinin şəxsi məlumatlarını internetdə hamı üçün açıq qoyub.


İKT.lent.az-ın xəbərinə görə, məlumatların açıq qalması barədə “The Hill” yazıb. “Biz bu vəziyyətə görə məsuliyyəti üzərimizə götürürük”, - deyə şirkətin açıqlamasında bildirilir. “Deep Root Analytics” şirkəti Respublikaçılar Partiyası Milli Komitəsinin sifarişi ilə seçicilərin tərkibi və baxışlarının təhlili ilə məşğul olub.

Məlumatların sızmasını “UpGuard” təhlükəsizlik şirkəti aşkarlayıb. Bundan sonra məlumat bazasına parol qoyulub. Lakin baza 2 həftə açıq qalıb.
Diaspora