Ermənistan sosial şəbəkələrində yalan və dezinformasiya xarakterli məlumat paylaşılıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildiriblər ki, Ermənistan tərəfinin iddia etdiyi vəzifədə Natiq Qurbanov soyadlı hərbi qulluqçumuz ümumiyyətlə xidmət etmir: “Düşmən təbliğat maşınının belə ucuz dezinformasiya xarakterli xəbərlərdən istifadə etməsi suda boğulanın saman çöpündən imdad ummasına bənzəyir. Uğursuz cəhdlər edən düşmən tərəfi özünü kağız üzərində və virtual məkanda “qəhrəman” kimi göstərmək istəyir.Xəbər verildiyi kimi, 16-17 iyun tarixlərində Ermənistan silahlı qüvvələri 6 hərbi qulluqçusunu itirib. Düşmən çoxsaylı yaralıları isə məcbur qalaraq hər gün bir adla ortalığa çıxarmaqla daxili auditoriyanı sakitləşdirməyə cəhd edir”.