Türkmənbaşı mindən çox məhbusu əfv etdi

Türkmənbaşı mindən çox məhbusu əfv etdi backend

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov mindən çox məhbusun əfv olunmasına dair fərman verib.

Qaziler.az-ın xəbərinə görə, bu barədə İnterfaxs nəşri məlumat yayıb.

Qeyd olunur ki, sənəd müsəlmanlar üçün müqəddəs sayılan Qədr gecəsi münasibəti ilə imzalanıb.

Fərmana əsasən, 1029 məhbus cəzaların qalan hissəsindən azad ediləcək.