“Rusiya-Azərbaycan münasibətlərində gərginlik barədə deyilənlərlə razılaşmıram, münasibətlərimizdə heç bir problem yoxdur”.
Bunu APA-ya açıqlamasında Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Z. Əsgərov qeyd edib ki, Rusiya tərəfdən də Azərbaycana qarşı heç bir gərginlik yaradılmır.
"Rusiya ilə münasibətlərimiz strateji əməkdaşlıq fonunda inkişaf edir, hesab edirəm ki, bu, gələcəkdə də belə olacaq”, - deyə o vurğulayıb.