Etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir Rəşad Aslanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Çili Prezidentinə çatdırdı.
QAZİLƏR.AZ Azərbaycan Respublikası Xarici İşlər Naxirliyinə istinadən bildirir ki, prezident xanım Mişel Baçelet onun da salamlarının və ən xoş arzularının Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş etdi.Görüşdə səfir R.Aslanov ölkəmiz haqqında xanım Mişel Baçeletə ətraflı məlumat verdi. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrindən bəhs edərək Çilinin Avrasiya ilə ticarət əlaqələrində Azərbaycanın mühüm rol oynaya biləcəyini bildirdi. Görüş əsnasında həmçinin Azərbaycan və Çili arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Prezident Mişel Baçelet səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu etdi.