AŞPA Monitorinq Komitəsi həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb

AŞPA Monitorinq Komitəsi həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb backend

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Predanın Azərbaycana üç günlük səfəri başlayıb.


QAZİLƏR.AZ APA-ya istinadən bildirir ki, səfər zamanı həmməruzəçilərin ölkə prezidenti, parlament sədri, ədliyyə naziri, Azərbaycanın AŞPA-dakı nümayəndəliyinin üzvləri, baş prokuror, Ali Məhkəmənin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və Ombudsmanla görüşü nəzərdə tutulub.

S. Şennak və S. Preda vətəndaş cəmiyyətinin üzvləri, bir qrup keçmiş məhkum və hazırda həbsdə olan şəxslər, parlamentdə təmsil olunmayan partiyaların üzvləri ilə də görüşəcəklər.
Diaspora