Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı baş tutub.
Qaziler.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in saytında dərc edilən məlumatda bildirilir.Tərəflər telefon danışığı zamanı Qətər ətrafında yaranmış vəziyyətin danışıqlar yolu ilə nizamlanmasının vacibliyini qeyd ediblər və bu cür səyləri dəstəkləməyə hazır olduqlarını bildiriblər.
Tərəflər həmçinin Rusiya-ABŞ münasibətlərinin aktual məsələlərini, o cümlədən, ikitərəfli gələcək səfərlərin qrafikini nəzərdən keçiriblər.