İran da kürdlərin müstəqillik referendumu keçirməsinə etiraz edir

İran da kürdlərin müstəqillik referendumu keçirməsinə etiraz edir backend

İran şənbə günü yaydığı bəyanatda İraqın Kürdüstan muxtar regionun müstəqillik referendum keçirmək niyyətinə qarşı olduğunu bildirib.

Qaziler.az bildirir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qaseminin sözlərinə görə, İranın prinsipial mövqeyi İraqın ərazi bütövlüyünün dəstəklənməsidir: “Kürdüstan ərazisi İraq Respublikasının bir parçasıdır. Həmin ərazinin ayrılması ilə bağlı birtərəfli qərar ölkənin konstitusiyasına ziddir və yalnız yeni problemlərə yol aça bilər”.

İraqın kürd liderlərinin çərşənbə günü yaydıqları elanda bildilir ki, onlar 25 sentyabrda müstəqillik referendum keçimək niyyətindədirlər. Eyni zamanda, elanda deyilir ki, bu yalnız üç muxtar vilayətə yox, kürdlərin tarixən üstünlük təşkil etdiyi ərazilərə də şamil ediləcək.

İran öz ərazisində, xüsusilə də İraqla sərhəddə yaşayan kürdlərin separatizm təhlükəsindən narahatdır.

Eyni mövqeni ərazisində böyük kürd azlığı olan Türkiyə də nümayiş etdirib.

Virtualaz.org xatırladır ki, Türkiyə Xarici İşlər Nazirliyi İraq Kürdüstanının referendum keçirmək barədə qərarını məqbul saymadığnı bildirib və hesab edir ki, bu qərar İraq hökuməti və İraq Kürdüstan Regional Rəhbərliyinin (İKRR) xeyrinə olmayacaq: “Kərkük valisinin təşəbbüsü ilə Kərkük Vilayət Məclisinin İraq Kürdüstan Regional Rəhbərliyinin bayrağı altında fəaliyyət göstərmək barədə qərarına qarşı olduğumuzu ifadə etmişik. Bu qərar Kərkük vilayətinin statusu barədə məkrli məqsəd daşıyır”.

Nəzərdə tutulan referendumun terrorçuluqla mübarizəyə, bölgədə sülh və sabitliyinin bərpa olunmasına qarşı zərər gətirən elementlərini sadalayan Türkiyə XİN hesab edir ki, İraqın bütövlüyünə xələl gətirmək əvəzinə, bu ölkənin ərazi bütövlüyünü, birlik və bərabərliyini gücləndirmək lazımdır. Bunun üçün prosesləri ölkədəki bütün qüvvələrin iştirakı ilə qarşılıqlı anlaşma və dialoq şəklində yönəltməyə ehtiyac var.

Vaşinqton isə hadisələrin belə inkişafının İraqın şimalındakı kürdlər, ərəblər və türkmənlər arasında gərginlik yaradacağından və bunun İŞİD-ə qarşı mübarizədə diqqəti yayındıracağından narahatdır.
Diaspora