Niger hökuməti Qətərdən öz səfirini geri çağırıb.
Qaziler.az-ın xəbərinə görə, bu barədə Reuters nəşri məlumat yayıb.Bundan əlavə, Seneqal da Qətərdən səfirini geri çağırmaq niyyətində olduğunu bildirib.
Qeyd edək ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.
Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Komor adaları və Mavrikiy də qoşulub.