Qətərin xarici işlər naziri Moskvada səfərdədir

Qətərin xarici işlər naziri Moskvada səfərdədir backend

Qətərin xarici işlər naziri Məhəmməd ben Abdel Rəhman Casem əl-Tani Moskvaya səfər edib.

Qaziler.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün Qətər XİN rəhbəri rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Məlumata görə, Nazirlər ikitərəfli və beynəlxalq miqyaslı aktual məsələlər, o cümlədən Fars körfəzindəki mövcud vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək, Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan Liviya, Yəmən, Maldiv və Mavriki də Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər.
Diaspora