Rusiya və İran XİN başçıları Qətər və ərəb dövlətlərini dialoqa çağırıblar

Rusiya və İran XİN başçıları Qətər və ərəb dövlətlərini dialoqa çağırıblar backend

Rusiya xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi məlumat yayıb.
Tərəflər Qətər və ərəb dövlətlərini dialoqa və terrorizmlə birgə mübarizəyə səsləyiblər.
"Qətər və bir sıra digər ərəb dövlətləri arasında yaranmış böhranla əlaqədar olaraq Sergey Lavrov və Məhəmməd Cavad Zərif bütün tərəfləri regionda sülh və sabitliyin qorunması və terrorizmlə mübarizədə dialoqa səsləyiblər", - Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.
Diaspora