Bu gün yenə çox kədərli hadisələrlə üz-üzəyik.
Axar.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Təhlükəsizlik siyasəti və xarici əlaqələr komissiyasının rəhbəri Federika Moqerini deyib.“Hücumla bağlı xəbərləri yaxından izləyirik. İran Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə də əlaqə saxlayacağam”, - Moqerini bildirib.
Qeyd edək ki, İranda parlament binasına və inqilab lideri Xomeyninin məqbərəsinə hücum olub. Parlamentdə bir, Xomeyninin məqbərəsi önündə isə 2 terrorçu özünü partladıb, 7 ölü, 33 yaralı olduğu bildirilir. Son məlumata görə, parlamentin digər binasında da atışma başlayıb.