İyunun 13-14-də Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçiriləcək.
QAZİLƏR.AZ APA-ya istinadən bildirir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib. O bildirib ki, növbəti görüş yenə Bakıda olacaq: “Görüşdə iştirak etmək üçün Aİ Xarici Əməliyyatlar Xidmətinin rəsmisi Luk Devin Azərbaycana gələcək. Bu danışıqlar iki blok üzrə - siyasi-təhlükəsizlik və ticarət bloku üzrə aparılacaq”.