Koreyanın Qyoncu şəhərində “Azərbaycan reallıqları: keçmişdən bu günə” adlı təqdimat olub

Koreyanın Qyoncu şəhərində  “Azərbaycan reallıqları: keçmişdən bu günə” adlı təqdimat olub backend

Koreya Respublikasının Qyoncu şəhərində Azərbaycan ilə bu ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunan “Azərbaycan reallıqları: keçmişdən bu günə” adlı təqdimat olub.


QAZİLƏR.AZ AZƏRTAC-a iatinadən bildirir ki, şəhər hakimiyyət orqanları rəhbərlərinin və 300-ə yaxın iştirakçının qatıldığı tədbirdə ölkəmizin son illər siyasi, iqtisadi, sosial və mədəni həyatında baş verən inkişaf barədə ətraflı məlumat verilib. Bundan başqa, Koreyanın və Azərbaycanın tarixi və mədəniyyətindəki oxşar məqamlara dair geniş müzakirələr aparılıb.

Səfirliyin müşaviri Vaqif Cəfərov təqdimatda ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının tarixinə nəzər salıb, habelə Azərbaycan xalqının XX əsrdə məruz qaldığı soyqırımı aktları, 20 Yanvar faciəsi və Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı danışıb. İştirakçıların Azərbaycanla bağlı sualları cavablandırılıb.
Diaspora